Bakıda Estoniya səfirliyi açıldı - Fotolar
Siyasət
Bu gün Bakıda Estoniyanın Azərbaycandakı səfirliyinin rəsmi açılış mərasimi keçirilib.
News24.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Tədbirdə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və estoniyalı həmkarı Marqus Tsaxkna da iştirak ediblər.
Açılış mərasimində çıxış edən C.Bayramov Bakıda Estoniya səfirliyinin rəsmi açılışını iki ölkə arasındakı münasibətlər baxımından mühüm hadisə kimi qiymətləndirib.