Bakıda marketin seyfindən 2300 manat oğurlanıb

Bakıda marketin seyfindən 2300 manat oğurlanıb Kriminal
Bakıda marketin seyfindən 2300 manat oğurlanıb.
 
Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib. 
Belə ki, Yasamal rayon Polis idarəsinin 29-cu polis şöbəsi və rayon Mühafizə idarəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində noyabrın 25-nə keçən gecə H.Zərdabi küçəsindəki marketlərin birində seyfdən 2300 manatı oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Nikolay Ştonda saxlanılıb.

//Report