Bakıda qadın narkotiklə tutuldu

Bakıda qadın narkotiklə tutuldu Siyasət
Suraxanı Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Bakı şəhər sakini Nigar Bağırova saxlanılıb.

Bu barədə News24.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Şəxsi axtarış zamanı ondan 50 qramdan artıq heroin, 200 qramdan artıq metamfetamin və 1 kiloqramdan çox marixuana aşkar edilərək götürülüb.