Bakıda silahlı şəxs saxlanılıb

Bakıda silahlı şəxs saxlanılıb Kriminal
Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan, əvvəllər məhkum olunmuş Şəmkir rayon sakini Zaur Bəylərli saxlanılıb.

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətindən news24.az-a verilən məlumata görə, onun üzərində şəxsi axtarış aparılan zaman 2 büküm ümumi çəkisi 5 qram olan narkotik vasitə heroin və bir büküm çəkisi 8 qram olan tiryək aşkar olunaraq götürülüb. Z.Bəylərlinin ətrafında həyata keçirilən əlavə əməliyyat tədbirləri ilə  onun Nəsimi rayonunda yaşadığı evdə qanunsuz olaraq odlu silah-sursat gizlətdiyi də müəyyən edilib.

Evə baxış zamanı həmin şəxsə məxsus 1 ədəd “Makarov” markalı tapança, ona məxsus sandıqça və 8 ədəd patron aşkar edilərək maddi sübut kimi götürülüb.

Faktla bağlı Baş İdarənin İstintaq Şöbəsində Cinayət İşi başlanılıb, araşdırmalar davam etdirilib.

Bakıda silahlı şəxs saxlanılıb Bakıda silahlı şəxs saxlanılıb Bakıda silahlı şəxs saxlanılıb