Kolumbiyada hərbi təyyarə qəzaya uğradı – ANBAAN VİDEO/YENİLƏNİB

Kolumbiyada hərbi təyyarə qəzaya uğradı – ANBAAN VİDEO/YENİLƏNİB Dünya

Hərbçilər və yerli sakinlər Kolumbiyada qəzaya uğrayan C-130 "Hercules" təyyarəsindən sağ çıxanlara yardım edir.

News24.az xəbər verir ki, bu barədə Putumayo departamentinin qubernatoru Con Molina açıqlama verib.

"Bu dəqiqə bütün səylərimiz xilas edilən yaralılara yardıma yönəldilib", – o bildirib.

Yerli hakimiyyət orqanlarının məlumatına görə, xəstəxanaya 30-dək yaralı yerləşdirilib. İlkin məlumata görə, hadisə zamanı təyyarədə 110 hərbçi olub.

**20:42

Kolumbiyada hərbi təyyarə qəzaya uğrayıb.

News24.az xəbər verir ki, Kolumbiya Silahlı Qüvvələrinə məxsus təyyarə Puerto-Leqisamodan havaya qalxdıqdan bir qədər sonra yerə çırpılıb.

Təyyarədə azı 100 nəfərin olduğu bildirilir, onların da əksəriyyəti hərbçilər olub.

"Dərin təəssüf hissi ilə bildirirəm ki, hərbçiləri daşıyan "Hercules" qəzaya uğrayıb", – deyə ölkənin müdafiə naziri Pedro Sançes açıqlama verib.

Ölənlər barədə hələ ki məlumat açıqlanmayıb. Qəzanın səbəbləri araşdırılır.