Bakının bir hissəsində su olmayacaq

Bakının bir hissəsində su olmayacaq Sosial
Bakı şəhərinin Qaradağ, Səbail və Binəqədi rayonlarının bir hissəsində, həmçinin Hacıqabul rayonunun yaşayış məntəqələrinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Bu barədə News24.az-a “Azərsu” ASC-dən məlumat verilib.

Məhdudiyyət son günlər intensiv yağıntılar səbəbindən Kür çayında bulanıqlıq səviyyəsinin yüksəlməsilə əlaqədardır.