XİN-dən Ballıqaya qətliamı ilə bağlı - PAYLAŞIM - YENİLƏNDİ

XİN-dən Ballıqaya qətliamı ilə bağlı - PAYLAŞIM - YENİLƏNDİ Siyasət

"Ermənistanın törətdiyi hərbi cinayətlərə görə cəzasız qalmağına son qoyulmalıdır".

News24.az xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi Ayxan Hacızadə Ballıqaya qətliamının 31-ci ildönümü ilə əlaqədar "X" hesabında etdiyi paylaşımda yazıb.

"Biz qətliam qurbanlarını həmişə xatırlayırıq və heç vaxt unutmayacağıq", - o bildirib.


***

10:00

Azərbaycan Xarici İşlər Nazirliyi Ballıqaya faciəsi ilə bağlı paylaşım edib.

News24.az xəbər verir ki, paylaşımda deyilir ki, 31 il əvvəl bu gün Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Goranboy rayonunun Ballıqaya kəndində qətliam törədilib.

“Nəticədə 6-sı azyaşlı olmaqla 24 azərbaycanlı mülki şəxs, o cümlədən 6 aylıq körpə və 93 yaşlı qadın vəhşicəsinə qətlə yetirilib”, - məlumatda deyilir.




XİN-dən Ballıqaya qətliamı ilə bağlı - PAYLAŞIM - YENİLƏNDİ