"Barıt çəlləyinin üstündə yaşayırıq" - Ovannisyan
Siyasət
“Sözün əsl mənasında bütöv bir xalq olaraq barıt çəlləyinin üstündə yaşayırıq”.
News24.az xəbər verir ki, bu barədə erməni politoloq Vahe Ovannisyan bildirib.
“Artıq Ermənistanın bir dövlət kimi mövcudluğuna şübhə edirəm.
Belə bir vəziyyətdə gələcək itkilərin əsasını qoyan səhvlərə yol verilir. Dünyada, yəqin ki, yalnız Ermənistan hökuməti eyni anda problemlərin həm regional 3+3 formatında (Azərbaycan, Türkiyə, Ermənistan, Rusiya və İran) həllini vurğulaya və öhdəsinə götürə bilər, həm də buna görə regiondankənar mərkəzlərə (Brüssel, Vaşinqton) arxalana bilər.
Görünən odur ki, bu və digər kobud səhvlər dövləti yeni qəzaya sürükləyir. Bir il əvvəl olduğu kimi, yenə də yanlış prosesi dayandıracaq mexanizmlər və siyasi formatlar yoxdur. Fəlakətin miqyasına və ciddiliyinə görə artıq başa düşürük ki, Sözün əsl mənasında bütöv bir xalq olaraq barıt çəlləyinin üstündə yaşayırıq”, - Ovannisyan deyib.
Ayşən