Bərzani Bakıya niyə gəlib? - Şərh
Siyasət
“Azərbaycanla İraqın Kürdüstan regionu arasında böyük əməkdaşlıq potensialı var”.
Bunu News24.az-a açıqlamasında siyasi şərhçi Elçin Alıoğlu bildirib.
O, bu məsələdə ölkə qarşısında dayanan perspektivləri də açıqlayıb. Ekspertin sözlərinə görə, hazırda ölkəmiz Avropa İttifaqı və NATO kimi təşkilatlara üzvlük əvəzinə, beynəlxalq hüququn subyektləri ilə ikitərəfli münasibətlərin güclənməsinə önəm verir.
Bu baxımdan böyük iqtisadi potensiala malik bölgə olan İraq Kürdüstanı ilə münasibətlərin möhkəmləndirilməsi hər iki tərəf üçün mühüm əhəmiyyət daşıyır.
Ekspert regiondakı kürd müxalifətinin lideri Cəlal Tələbaninin münasibətlərimizin yeni mərhələyə keçidindən narahat olduğunu və bunu aşkar şəkildə biruzə verdiyini bəyan edib:
“Bərzani daha güclü elektorata malik liderdir. Cəlal Tələbani barəsində isə bunu demək olmaz. Yeni qurulan dünya düzənində Şimali Kipr Türk Cümhuriyyəti ilə yanaşı, ayrıca subyekt kimi həm də İraq Kürdüstanının da özünəməxsus yeri var. Digər tərəfdən Azərbaycanın adı çəkilən regionla münasibətlər qurması ölkəmizə enerji daşıyıcılarının ixracı, eləcə də, adıçəkilən bölgədə ayrı-ayrı nəhəng dövlətlərin həyata keçirdiyi milyardlarla dollarlıq iqtisadi layihələrdə iştirak üçün yeni və səmərəli imkanlar qazandıracaq”.
Qeyd edək ki, Prezident İlham Əliyevin fevralın 18-də Münhen Təhlükəsizik Konfransı çərçivəsində səfərə dəvət etdiyi İraq Kürdüstanının lideri Nəçirvan Bərzani bu gün Bakıya gəlib.
Fərid Azəri