"Bölgədə ikinci Suriya izləri görünür" - Türkiyəli politoloqdan TERRORLA BAĞLI MÜHÜM AÇIQLAMA
Siyasət
"Azərbaycan səfirliyinə hücumun edilməsi və bir şəxsin qətlə yetirilməsi bölgədə gərginliyi artıracaq".
Bu fikirləri News24.az-a açıqlamasında türkiyəli politoloq Engin Özer İranda Azərbaycan səfirliyinə edilən hücumu dəyərləndirərkən deyib. Türkiyəlin politoloq qeyd edib ki, bu cür terror aktları hər zaman bir terror təşkilatı tərəfindən qəsdən törədilir:
"Təbii ki, burada əsas məqsəd iki ölkə arasında gərginliyin artırılmasıdır. Əgər üçüncü bir ölkənin bu hadisənin etdiyini fərz edərsək, o zaman əminliklə deyə bilərik ki, niyyətlərinə çata bilmədilər. Çünki bu nöqtədə cənab İlham Əliyevin soyuqanlılığı, həmçinin həyəcana qapılmadan verilməsə gərəkən təpkilər verildi. Bu gün etibarilə də terror təşkilatçıları istənilən niyyətlərinə çata bilmədilər. Bu da Azərbaycan dövlətinin gücünü göstərir".
Türkiyəli politoloq bu hadisədə İran dövlətinin deyil, onun daxilində olan bəzi qrupların etdiyini qeyd edib:
"İran Azərbaycanla gərginliyi artırmaq istəsəydi, zatən bunu Qarabağ savaşında edərdi. Bunun üçün də imkanları var idi. Ancaq bu heç də o anlama gəlmir ki, İran Azərbaycana dost ölkəsi kimi baxır. Təbii ki, bu durum Türkiyə ilə münasibətlərə də təsir edəcək. Ancaq 400 il ərzində Türkiyə-İran sərhəddi dəyişməyib və sərhədlər daha da möhkəmləndirilib. Lakin buna baxmayaraq İrandakı təxribatların artacağı gözlənilir. İranda ikinci Suriya vakası ilə qarşı- qarşıya qala bilərik. Türkiyə İranla qarşılıq olmasını asla istəmir, ancaq gedişat İranda ikinci Suriya izlərini göstərir".
Aynurə