"Bu, Avropada münaqişəyə doğru bir addımdır"
Siyasət
Putin Qərb qoşunlarının Ukraynaya daxil edilməsini Avropada münaqişəyə doğru addım adlandırıb.
RTV bu barədə Tass-a istinadən xəbər verir.
"Düşünürəm ki, bu, düzgün həll yolu deyil. Bu, Avropada və dünyada ciddi münaqişəyə səbəb olacaq bir addımdır. Bunu istəyirlər? ", - deyə Putin Özbəkistana səfərinin yekunlarına dair mətbuat konfransı zamanı bildirib.
Rusiya Federasiyasının Prezidenti vurğulayıb ki, Rusiya yenə də “Ukraynanın ərazisində kimin olmasından asılı olmayaraq, bizim düşündüyü kimi hərəkət edəcək”.