"Bu gün Azərbaycan Avropanın əsas enerji təchizatçılarından biridir"
Siyasət
"Avropanın yeni çağırışlarla üzləşdiyi bir vaxtda Azərbaycan enerji təhlükəsizliyində mühüm rol oynayır".
News24.az-ın məlumatına görə, bunu Macarıstanın xarici işlər naziri Peter Siyarto SPECA ölkələrinin Rəhbər Şurasının 18-ci sessiyasında deyib:
"Bu gün Azərbaycan Avropanın əsas enerji təchizatçılarından biridir. Ölkəniz qitəni mühüm energetika resursları ilə təchiz edir. Bununla yanaşı, hesab edirik ki, Azərbaycanla əməkdaşlıq üçün xeyli potensial mövcuddur. Macarıstan bu potensialdan istifadə edib, sözü gedən tərəfdaşlığı daha da inkişaf etdirmək istəyir. Məlumdur ki, Avropa ciddi çağırışlarla üzləşib. Bu çağırışların nəticərini yumşaltmaq üçün Azərbaycanla əməkdaşlıq bizdən ötrü çox önəmlidir. Avropada Azərbaycanın zəngin enerji resurslarından əhəmiyyətli dərəcədə istifadə olunur. Düşünürük ki, SPECA Nazirlər Şurasının 18-ci Sessiyası bu sahədə əməkdaşlığa təkan verəcək".
Fərid Azəri