"Bu gün bölgəmiz sülh və təhlükəsizliyə olduqca yaxındır"
Siyasət
"Bu gün bölgəmiz sülh və təhlükəsizliyə olduqca yaxındır".
News24.az-ın xəbərinə görə, bu fikirləri Türkiyənin xarici işlər naziri Hakan Fidan bugünkü mətbuat konfransında səsləndirib.
O, fərqli vəzifələrdə işlədiyi son 20 il ərzində vaxtlarda dəfələrlə Azərbaycana səfər etdiyini xatırladıb:
“İki qardaş ölkə arasındakı münasibət günü-gündən dərinləşməkdədir. Bunun isbatı olaraq imzalanmış Şuşa Bəyənnaməsinin tələblərini yerinə yetirmək istiqamətində çalışırıq”.
Nazir əlavə edib ki, bu gün dünyada enerji və kommunikasiya xətlərinin təhlükəsizliyi prioritet məsələlərdən hesab olunur:
“Xəzər neftinin TANAP vasitəsilə Türkiyəyə, oradan isə Avropaya ötürülməsi prosesinin genişləndiriləcəyini düşünürük”.
H.Fidan vurğulayıb ki, 44 günlük müharibə bölgə üçün yeni imkanlar formalaşdırıb:
"Hesab edirik ki, tərəflər sülh və sabitlik üçün əlindən gələni etməlidir. Təəssüflər olsun ki, Ermənistan diasporu Avropada Azərbaycana qarşı təxribatları davam etdirir. Lakin hesab edirik ki, Ermənistan sülh və normallaşma istiqamətində çalışmalıdır. Bölgədə sülh və təhülkəsizliyə heç vaxt olmadığımız qədər yaxınıq. Azərbaycanla bu sahədə də əməkdaşlığı davam etdirəcəyik”.
Fərid Azəri