"Bu, hakimlərin işini xeyli çətinləşdirir" - Deputat

"Bu, hakimlərin işini xeyli çətinləşdirir" - Deputat Siyasət

"Az miqdarda narkotik vasitələrdən söhbət gedəndə rəqəmlərin daha elastik verilməsi daha məqsədəuyğundur".

News24.az xəbər verir ki, bunu Milli Məclisin iclasında “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” qanuna dəyişikliyin ikinci oxunuşda müzakirəsində deputat Fazil Mustafa deyib.

Onun sözlərinə görə, belə variant məhkəmə təcrübəsində halların araşdırılmasına da şərait yaradır:

“Rəqəmlərin dəqiq göstərilməsi hakimlərin işini xeyli çətinləşdirir. Biz ictimaiyyəti narkotiklə effektiv mübarizəyə cəlb edə bilmirik. Məhkəmə araşdırması prosesində olan işlərin 50 %-dən çoxu narkotiklə bağlıdır. Penitensiar Xidmətə sorğu göndərib maraqlansaq, məhbusların çoxu bu tipli qanun pozuntusu səbəbindən cəzaçəkmə yerlərində saxlanılır. Çox sayda hakim bizə şikayət edir ki, rəqəmlər tam şəkildə elastik olarsa bu səpkili qanun pozuntularına görə ağır cəza verməmək olar. Bu da həmin insanların müalicəsi ilə yanaşı, həm də islah işlərinə cəlb edilməsinə imkan verə bilər”.

Fərid Azəri