Cəlilabadda yaşlı kişi torpağa görə döyüldü

Cəlilabadda yaşlı kişi torpağa görə döyüldü Siyasət
Cəlilabad rayonunda qohumlar arasında torpaq sahəsi üstündə kütləvi dava düşüb.

Rayonun Təklə kəndində baş verən dava zamanı 1961-ci il təvəllüdlü İbişov Səftər Səttar oğlu qayınının oğlanları tərəfindən döyülərək müxtəlif bədən xəsarətləri alıb.

Yaralı yaxınları tərəfindən xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Bundan əvvəl Gəncədə gənc oğlanı maşın vuraraq öldürüb.

//Azxeber.com