Ceyhun Bayramov Brüsselə getdi

Ceyhun Bayramov Brüsselə getdi Siyasət

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov “Şərq tərəfdaşlığı” xarici işlər nazirlərinin görüşündə iştirak etmək məqsədilə Belçika Krallığına işgüzar səfərə yola düşüb.

Bu barədə News24.az-a Azərbaycanın Xarici İşlər Nazirliyindən bildirilib.

Səfər zamanı C.Bayramovun Brüssel şəhərində keçirilən tədbirdə çıxışı və ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulub.