Ceyhun Bayramov İsrail Prezidentinə təşəkkür etdi

Ceyhun Bayramov İsrail Prezidentinə təşəkkür etdi Siyasət
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov İsrail Prezidenti İsaaq Hersoqa qonaqpərvərliyə görə təşəkkür edib.

News24.az xəbər verir ki, o bu barədə tviterdə yazıb.

“İsrailə rəsmi səfərim çərçivəsində Azərbaycanla İsrail arasında ikitərəfli və çoxtərəfli əməkdaşlığın hazırkı səviyyəsindən məmnunluq ifadə olundu”, - nazir bildirib.

Qeyd edək ki, bu gün İsrail Prezidenti Ceyhun Bayramovu qəbul edib.