Deputat istefa ərizəsi YAZDI: - QƏBUL OLUNMADI — SƏBƏB
Siyasət
Bu gün İran parlamentinin üzvləri qapalı iclasda Tehran şəhərindən seçilmiş millət vəkili İlyas Naderanın istefa ərizəsini müzakirə edib.
News24.az xəbər verir ki, millət vəkilləri bu istefaya qarşı çıxıblar.
İran parlamentinin sədri Məhəmməd Baqer Qalibaf millət vəkilinin istefa ərizəsi ilə bağlı deyib:
“İlyas Naderanın istefa ərizəsinə baxılması üçün iclas qapalı keçirilib və o, iclasda bir sıra məsələlərlə bağlı açıqlama verib. Onun sözlərini dinlədikdən sonra parlament nümayəndələri deputatın istefasına qarşı çıxıblar”.
Qeyd edək ki, İlyas Naderan bir müddət öncə parlamentin kazarmaya çevrildiyini bildirmişdi. Bununla yanaşı o, istefa məktubuna cavab verilmədiyinə görə parlamentin iclas zalında etiraz əlaməti olaraq oturaq_aksiya keçirmişdi.
NƏZRİN