"Diplomatik korpusda şəhid vermək 21-ci əsrdə utancverici bir hadisədir" - Deputat
Siyasət
"Bu terror aktı təəssüf ki, İran tərəfindən səmimi olaraq araşdırılmır".
Bu fikirləri News24.az-a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev deyib. Deputat İranın bu hadisənin ciddi araşdıracağına ümid etdiyini deyib:
"Biz geci-tezi cinayətkarların, bu terror aktının arxasında duranların cəzasını verəcəyik. Onların ədalət mühakiməsinə cəlb olunmasına nail olacağıq. Şəhidimizin qanı yerdə qalmayacaq. Diplomatik korpusda şəhid vermək 21-ci əsrdə utancverici bir hadisədir. Bunun qonşu ölkədə baş verməsi isə bizi çox kədərləndirir və çox üzür. Biz bilirik ki, İranda 45 milyon Azərbaycan türkü yaşayır. Bizə bu acını yaşadan şəxslər geci-tezi öz cəzasını alacaqlar. Bildiyimiz kimi, İranda diplomatik fəaliyyətimiz dayandırıldı. Bu hər bir vətəndaşımızın təhlükəsizliyi üçün önəmli bir addım idi. Ümid edirik ki, İranda yenidən diplomatik fəaliyyətimiz bərpa olunacaq. Təəssüf ki, Orxan kimi savadlı, bilikli, vətənini sevən bir gənc diplomatımızı itirdik. Belə gənci yetişdirmək üçün illər lazım idi. Vətən sağ olsun!".
Məhərrəm ƏLİYEV