Dövlət naziri: “Britaniya və Azərbaycan qlobal təhlükələrə qarşı birgə mübarizə aparır”

Dövlət naziri: “Britaniya və Azərbaycan qlobal təhlükələrə qarşı birgə mübarizə aparır” Siyasət
“Böyük Britaniya və Azərbaycan qlobal təhlükələrə qarşı birgə mübarizə aparır”.

News24.az​​​-ın məlumatına görə, bunu Böyük Britaniyanın Avropa regionu üzrə dövlət naziri Leo Dokerti tviter hesabında yazıb.

“Beşinci strateji dialoq zamanı Böyük Britaniya-Azərbaycan arasında tərəfdaşlığın genişliyini müzakirə etməkdən məmnun oldum. Böyük Britaniya və Azərbaycan arasında təhlükəsizlik, ticarət və mədəniyyət sahələrində daha çox əməkdaşlığa ümid edirəm”, - Leo Dokerti bildirib.