Əli Əsədov Moldovanın Baş naziri ilə görüşdü

Əli Əsədov Moldovanın Baş naziri ilə görüşdü Siyasət
Azərbaycanın Baş naziri Əli Əsədov oktyabrın 10-da ölkədə səfərdə olan Moldovanın Baş naziri Natalya Qavrilitsa ilə görüşüb.

Görüşdə Azərbaycan-Moldova münasibətlərinin müxtəlif istiqamətlərdə inkişafından məmnunluq ifadə edildi.

Bakıda keçirilən Azərbaycan Respublikası ilə Moldova Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın iclasının önəmi vurğulandı.

Azərbaycan ilə Moldova arasında ticari-iqtisadi münasibətlərin genişləndirilməsi, qarşılıqlı investisiya imkanları və biznes əlaqələrinin təşviqi, həmçinin müxtəlif sahələrdə əməkdaşlığın perspektivləri müzakirə olundu.