Əliyev sazişi imzalamaqdan imtina etdi: - Putin dedi ki, Bakının tələbi var
Siyasət
“Mən üçtərəfli bəyanatın mətnini noyabrın 9-da gecə yarısı deyil, noyabrın 8-9-u səhər saatlarında imzaladım. Müharibənin dayandırılması ilə bağlı danışıqları mən Rusiya Federasiyasının Prezidenti Vladimir Putin vasitəsilə aparmışam. Noyabrın 8-də və noyabrın 9-da onunla 20-yə yaxın telefon danışığım olub, bütün müharibə dövründə isə Putinlə 60-a yaxın telefon danışığım olub”.
News24.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan 44 günlük müharibəni araşdıran parlament komissiyasının iclasında çıxışı zamanı deyib.
“Bildirim ki, erməni tərəfi Hadrut müqabilində Ağdamı təklif edib. Sonda müzakirələr nəticəsində elə bir mətnə gəldik ki, Şuşa haqqında, Ermənistan ərazisindən dəhliz yaradılması barədə heç nə deyilməsə də, hərbi əməliyyatların dayandırılması, 7 rayonun qaytarılması, Laçın dəhlizinin açılması və orada və Qarabağda rus sülhməramlılarının yerləşdirilməsi barədə razılaşdıq. Noyabrın 9-u səhər mən həmin mətni imzaladım. Bir daha qeyd edim ki, üçtərəfli bəyanatın mətni noyabrın 9-da gecə yarısı deyil, səhər saatlarında imzalanıb. Məlum olub ki, Azərbaycan həmin mətni imzalamır və bir sıra yeni tələblər irəli sürür. Prosesin kulminasiya nöqtəsi noyabrın 9-da axşam oldu, o zaman məlum oldu ki, Azərbaycan praktiki olaraq razılaşdırılmış mətnə yeni əlavələr təklif edir. İmzalanmış mətn dövriyyədən çıxdı, sonra yenidən danışıqlar apardıq. Bu anda Rusiya Prezidenti dedi ki, Azərbaycan mətnə Tovuz anklavlarının qaytarılması ilə bağlı bəndin əlavə edilməsini təklif edib. Rəsmi olaraq qeyd olundu ki, biz sənəd imzalamırıq. Bir müddət sonra həmin məqamın sənəddən çıxarılması ilə bağlı razılıq əldə olunduğu, eyni zamanda, gecə yarısına yaxın döyüş əməliyyatlarının aktivləşməsi və Xankəndi səmasında çoxlu sayda pilotsuz təyyarələrin olduğu barədə xəbərlər gəlməyə başladı. Sonda uzun və mürəkkəb müzakirələrdən sonra hamıya məlum olan sənədi imzaladım”, - deyə Paşinyan bildirib.
Akqabay