Erkan Özaral - Türkiyə ilə Azərbaycan arasında viza rejiminin ləğvinə münasibət bildirdi
Siyasət
"Türkiyə ilə Azərbaycan arasında viza rejiminin ləğvi xalqlarımız arasında həm iqtisadi, həm də sosial əlaqələrin inkişaf etdirilməsinə xidmət edəcək".
News24.az-ın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özaral bildirib. Onun sözlərinə görə, bundan sonra iki ölkə arasında gediş-gəlişlər asanlaşacaq: "Turizm inkişaf etdiriləcək. Doğrudur, indiyədək vizanın verilməsi asan idi. Amma viza rejiminin ləğvi həm də simvolik bir məna daşıyır. İki dövlət bir millət olaraq, xalqlarımızın bir-biri ilə əlaqələri daha sıxlaşacaq. Bu qərar həm də turizmin inkişaflna təkan verəcək. İş adamlarının fəaliyyətinə müsbət təsir göstərəcək"
Afaq Mirayiq