Erməni dostları Makronu - "Uber"in “baqaj”ına qoydu
Siyasət
Fransanın parlament komissiyası 18 iyulda Emmanuel Makronla ABŞ-nin “Uber” şirkəti arasında gizli sövdələşmə olduğunu qeyd edib. Məsələnin isə gündəmə gətirən “Le Monde” qəzeti olub. Qəzetin Fransanın erməni icmasının idarə heyəti və jurnalistləri sıralarında yer aldığı məlumdur. Hazırda isə yeni hesabatın üzə çıxmasından yararlanan “Le Monde” məsələyə dair yeni məqalələr dərc etməklə mövzunun gündəmdə saxlanılması üçün iş aparır və sanki E.Makronu şantaj etməyə çalışırlar. Bir sözlər, nankorluq göstərən erməni dostları Makronu satıblar.
Məlumdur ki, “Le Monde” bütün dünyada sosialistlərə yaxınlığı ilə tanınır. Fransada sosialist düşərgəsinin əsas simalarından biri də 2022-ci ildə prezident seçkilərində namizəd olan, Ermənistan və erməni icmasına yaxın olan Paris şəhərinin meri An İdalqodur. İstisna olunmur ki, daha çox vəd edən İdalqo naminə “Le Monde”-un erməni icması Makronun yaxşılıqlarını unudaraq ona qarşı kampaniyaya start veriblər. Belə görünür ki, bu gün Makronu satan, sabah İdalqonu da sata bilər.
Millət vəkili Aydın Mirzəzadə News24.az-a bildirib ki, Emmanul Makronla Fransadakı, ümumiyyətlə xaricdəki erməni diaspor dairələrinin sıx əlaqəsi olmasına hər hansı bir şübhə yoxdur.

Deputat qeyd edib ki, Makron Fransa milli maraqlarından daha çox dünya erməniliyinin maraqlarını müdafiə etməyə çalışır: “Makron hər çıxışında, hər bəyanatında, fəaliyyətində ermənilərin çirkin siyasi xəttini müdafiə edir və Fransanın bütün administrativ resurslarını buna yönəldir. Ona görə də Makronun onlarla gizli hansısa bir sövdələşməsinin olması şübhə doğurmur. O ki qaldı Makronun guya şantaj edilməsi ilə bağlı materialların hazırlanması məsələsinə, hesab edirəm ki, burada söhbət Makronu erməni müdafiəçisi rolundan geri çəkilməməsi üçün sanki onu buna məcbur etməyə çalışırlar. Makrona onunla gizli sövdələşmələr olduğunu xatırladaraq, onun siyasi imicinə təsir etmək imkanına malik olduğunu bildirirlər. Amma Makron artıq o vəziyyətdədir ki, hətta onu təhrik etməsələr belə, o, erməni müdafiəçisi kimi həm indi, həm də prezidentlikdən getdikdən sonra çıxış edənlərdən biri olacaq.
Makron və onun kimi siyasətçilər bilməlidirlər ki, bu gün dünya erməniliyinin apardığı xətt heç də sivil inkişafın olmasına kömək edən bir siyasət deyil. Bu dünya beynəlxalq hüquq normalarının əleyhinə ölkələrin ərazi bütövlüyünü şübhə altına alır, yeni konfliktlər yaradır, ermənilərin qonşu dövlətlərə, yaşadıqları ölkələrin maraqlarına zidd hərəkət etməsinə kömək edir. Yəni, prinsip etibarilə Makron bu gün çirkin erməni siyasətinin daşıyıcılarından birinə çevrilib. O, təkcə Azərbaycana, türk dünyasına, İslam dünyasına qarşı deyil, ümumiyyətlə, bəşəriyyətin sivil inkişafına mane olan siyasi xəttin daşıyıcılarından birinə çevrilib”.
Akqabay Mıradov