Erməni əsgər naməlum səbəbdən öldü
Siyasət
Ermənistanda N saylı hərbi hissənin əsgəri Ararat Aroyan aldığı xəsarətlər nəticəsində ölüb.
News24.az Axar.az-a istinadla xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
"Həkimlərin səyinə baxmayaraq, hərbçinin həyatını xilas etmək mümkün olmayıb", - məlumatda deyilir.
Hadisənin başvermə şəraitinin tam aydınlaşdırılması üçün araşdırma aparılır.