"Erməni dostları" Makronu niyə "vurdu"? - — Verdiyi vədləri yerinə yetirməsə...
Siyasət
Fransanın parlament komissiyası 18 iyulda Emmanuel Makronla ABŞ-nin “Uber” şirkəti arasında gizli sövdələşmə olduğunu qeyd etmişdir. Məsələnin gündəmə gəlməsində Fransanın erməni icmasının idarə heyəti və jurnalistləri sıralarında yer alan “Le Monde” qəzeti olub. Hazırda isə yeni hesabatın üzə çıxmasından yararlanan “Le Monde” məsələyə dair yeni məqalələr dərc etməyə başlayıb. Yəni, bununla da sanki Makronu şantaj etməyə çalışırlar.
Məsələyə münasibət bildirən Milli Məclisin deputatı Elman Məmmədov News24.az-a açıqlamasında bildirib ki, Makron öz sevimli dostlarına bir çox vədlər verib: "Makron Fransada yaşayan ermənilərin pulu və dəstəyi hesabına prezident olub. Seçki ərəfəsində də onlara vədlər verib. Yəni, "mənə kömək edin prezident seçilim, ondan sonra mən sizin Azərbaycanla olan məsələlərinizdə sizdən daha yüksək səviyyəli daha qatı erməni olacağam. Azərbaycana qarşı qərəzli olacağam, yəni haqsız tələblərinizdə sizin daima yanınızda olacağam. Əlbəttə ki, Makron bu cür vədlər verib. İndi də həmin erməni mafiyası Makrona deyir ki, verdiyin vədləri yerinə yetir. Əks təqdirdə, ona qarşı belə kampaniyalar yaradacaqlar".
Millət vəkili qeyd edib ki, ermənilərin bütün tarixi həyatı hiylədir və məkrdir: "Ermənilər bu cür tələlər çox qurublar və belə tələnin birini də Makron üçün düzəldiblər. İndi də yavaş-yavaş özünü göstərməkdə davam edir. Hələ Makron üçün bundan da betərləri olacaq. Yəni, Makron öz kefindən ermənipərəstlik etmir və öz dostlarına verdiyi vədlərə əməl etmək istəyir. Ancaq Azərbaycanın çox cəsarətli müdrik siyasəti qarşısında buna nail ola bilmir. Bu gün vaxtilə ona arxa durub prezident seçdirən çox güclü erməni mafiyası Makrondan borcunu istəyir. Ona görə də, ermənilər yavaş-yavaş öz tələlərini işə salmağa başlayırlar. Bu bir həqiqətdir ki, Makron yalnız siyasəti dövründə ermənilər üçün dəridən-qabıqdan çıxıb və bu sahədə böyük müvəffəqiyyətlər qazanıb".
Aynurə Pənahqızı