Qarabağda anti-terror əməliyyatı başlaya bilər - Türkiyəli Politoloq - VİDEO

Qarabağda anti-terror əməliyyatı başlaya bilər - Türkiyəli Politoloq - VİDEO Siyasət
“Ermənistan hərbi baxımdan Azərbaycanla silahlı qarşıdurmaya gedəcək iqtidarda deyil. Lakin xaricdən təxribatlarla buna təşəbbüs göstərə, cəhd edə bilərlər. Azərbaycan ona qarşı ediləcək hər hansı təxribata cavab verəcək gücə sahibdir.  Qarabağ ermənilərini Azərbaycana qarşı qaldıracaq bir sıra qüvvənin mövcudluğu istisna deyil. Hansı ki, onlar erməni diasporası, pərdəarxasında isə Rusiya faktorudur.  Diaspora beynəlxalq sferada öz diplomatik oyunlarını oynamaq məqsədilə güya Ermənistanın vəziyyətini gündəmə gətirmək üçün Qarabağ ermənilərindən istifadə edəcəklər”. 
 
Bu sözləri News24.az-a beynəlxalq əlaqələr üzrə türkiyəli mütəxəssis İsmail Cingöz Ermənistanın BMT-də növbəti diplomatik fiaskodan danışarkən deyib. 

Politoloq hesab edir ki, Rusiya bölgədə daha artıq qalmaq üçün ehtimal edilən hər hansı bir təxribatı önə çəkəcək. 

Ətraflı RTV-nin süjetində. 
Ayşən Rəhim