Ermənistan hələ də Azərbaycana təzyiq göstərməyə çalışır - — Bozkır

Ermənistan hələ də Azərbaycana təzyiq göstərməyə çalışır - — Bozkır Siyasət
“Ermənistan hələ də beynəlxalq təşkilatlar vasitəsilə Azərbaycana təzyiq göstərməyə çalışır. Bu doğru deyil”. 

News24.az xəbər verir ki, bunu Şuşada keçirilən konfransda BMT Baş Assambleyasının 75-ci prezidenti Volkan Bozkır deyib.

Onun sözlərinə görə, İrəvan müharibədən sonra imzalanmış müqavilənin üzərinə götürdüyü öhdəliyi hələ də tam yerinə yetirməyib.

“Ermənistan Naxçıvanla kommunikasiyanın qurulmasına, xüsusən də Zəngəzur dəhlizinin açılmasına mane olur. Bunun diplomatiya olduğunu düşünmürəm. Təcrübəmə əsaslanaraq deyə bilərəm ki, yaranmış problemləri həll etmək üçün təşəbbüskar olmaq lazımdır. Çətinliklər aradan qaldırılmalıdır. Bu gün Azərbaycan güclü ölkədir, beynəlxalq aləmdə nüfuzu var. Hazırda Qarabağda bərpa işləri gedir”, - türkiyəli siyasətçi qeyd edib.

Akqabay