"Ermənistan konstitusiyası cəfəngiyyatlarla doludur" - MÜHÜM AÇIQLAMA

"Ermənistan konstitusiyası cəfəngiyyatlarla doludur" - MÜHÜM AÇIQLAMA Siyasət

Ermənistan üçün konstitusiya dəyişikliyi xüsusi əhəmiyyət kəsb edən məsələdir. 

Bu sözləri News24.az-a açıqlamasında politoloq Azər Qasımov deyib. Analitik qeyd edib ki, Ermənistan öz konstitusiyasını heç bir sivil şərtlərə sığmayan cəfəngiyyatlarla doldurub:

"Qonşularına qarşı ərazi iddiasını konstitusiyaya salan Ermənistan bununla da özünə qanuni şəkildə düşmən formalaşdırıb. Bu, heç bir beynəlxalq hüquq və əxlaqa sığmayan hərəkətdir. Son dövrlər baş verən hadisələr fonunda Ermənistanın gələcəyi bu iddialarından qanuni şəkildə əl çəkməsindən asılıdır. Bunun üçün də konstitusiyaya dəyişikliklər edilməsi lazımdır. Azərbaycan və Türkiyəyə qarşı ərazi iddiaları konstitusiyadan çıxarılmalıdır. Hesab edirəm ki, Ermənistan bunu etməyə məcbur olacaq. Referendumda erməni toplumu bu maddələrin götürülməsinə məcbur səs verəcək. Çünki bu, ilk növbədə sülhün əsas şərtidir. Sonra isə kommunikasiyaların Azərbaycan və Türkiyə ilə açılmasının şərtlərindən biridir. Əlbəttə ki, erməni toplumu bu regionda sakit yaşamaq istəyirsə, bu dəyişiklikləri etməlidir".

Aynurə


"Ermənistan konstitusiyası cəfəngiyyatlarla doludur" - MÜHÜM AÇIQLAMA