Fidanla pakistanlı həmkarı arasında kritik müzakirə

Fidanla pakistanlı həmkarı arasında kritik müzakirə Siyasət


Türkiyə xarici işlər naziri Hakan Fidanla pakistanlı həmkarı Məhəmməd İshaq Dar arasında telefon danışığı olub.

News24.az Teleqraf.com-a istinadla xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Həmkarını yeni vəzifəsi münasibətilə təbrik edən Hakan Fidan ikitərəfli münasibətlər barədə fikir mübadiləsi aparıb.

Qəzza başda olmaqla regional məsələlər də müzakirə edilib.