Flora Kərimova açıq-saçıq şəklindən danışıb

Flora Kərimova açıq-saçıq şəklindən danışıb Şou
Xalq artisti Flora Kərimova "Zaurla Günaydın" verilişinə qonaq olub. 

Müğənni köməkçisi Yaqut xanımdan danışıb. O, Yaqutun ona qoyduğu qadağaları açıqlayıb: "Mənə nə pul, nə də çörək verir. Şəhər, bağ evinin büdcəsini o, idarə edir. Axşam 6-dan sonra deyir çörək yemə". 

F.Kərimova daha sonra sosial şəbəkədə paylaşılan və səs-küy yaradan vannadakı fotosundan söz açıb: "Həqiqətən də süd vannası idi. Haram görsənirdi? Orada paltarda idim. Altdan paltar geyinmişdim".

//Axsam.az