"Gələcəkdə Fransa ilə Rusiya regionda birgə hərəkətə edə bilər" - Deputat

"Gələcəkdə Fransa ilə Rusiya regionda birgə hərəkətə edə bilər" - Deputat Siyasət
"Avropa missiyası hələ gəlib tam yerləşməmiş sərhəddə insident baş verdi. Bu, o deməkdir ki, "həmin missiyanın orada olmasının regionda daha da vəziyyəti gərginləşdirəcəyini" deyənlərin tamamilə verdikləri açıqlamalarının ruhuna uyğun bir hərəkətdir. İstisna etmirəm ki, gələcəkdə Fransa ilə Rusiya bu regionda birgə hərəkətə edə bilərlər".

Bu fikirləri News24.az xəbər verir ki, Milli Məclisin deputatı Sahib Alıyev deyib. 

"Ümumiyyətlə, biz nə qədər kəskin tənqidlər də etsək Fransa prezidenti Makronun bir sıra hallarda Rusiyanın əlinə oynadığını görürük. Və keçmişin də təcrübəsi var ki, ingilis-sakson birliyinə qarşı Fransa bir çox hallarda, hətta SSRİ rəhbərliyinin yanında da yer alıb. Fransanın biz NATO-dan çıxması məsələsini yada salmalıyıq və s. Yəni, Fransa bu Fransadır. İndiki halda fikirləşirəm ki, bu prosesin baş verməsinin səbəbi sadəcə Ermənistanın özü ilə bağlı deyil. Ermənistan ordusuna diqqət yetirsəniz, o orduda əslində Paşinyana tabe olacaq heç nə yoxdur. Nə heyət baxımından, nə də hərbi texnika baxımından. İrandan, Hindistandan gətirilən 2-3 salxaq silahı nəzərə almasaq, hamısı Rusiyanın texnikasıdır. Ona görə də, biz bu məsələdə fikirləşməliyik ki, bir halda ki, Ermənistan rəhbərliyi Vardanyanın oradan rədd etməyə çalışır, bunun ardınca başqa addımların atılması da görünür. Bundan sonra öz təşəbbüsü ilə belə bir vəziyyəti qızışdırmaq nə dərəcədə onlara lazımdır və vacibdir?! Axı, bunlar öz təcrübələrində bir neçə dəfə görüblər ki, bu nə ilə nəticələnə bilər!".

Aynurə FATEH