Gürcüstan və Almaniya arasında razılaşma imzalandı
Siyasət
Paytaxt Tbilisidə Gürcüstanla Almaniya arasında miqrasiyaya dair razılaşma imzalanıb.
News24.az xəbər verir ki, sənədi Gürcüstan tərəfdən daxili işlər naziri Vaxtanq Qomelauri, Almaniya tərəfdən isə daxili işlər naziri Nensi Fezzer imzalayıb.
Məlumata görə, razılaşmanın məqsədi qanunsuz miqrasiya ilə mübarizədə əməkdaşlığı intensivləşdirmək, həmçinin vizasız rejimi pozan Gürcüstan vətəndaşlarının ölkəmizə qayıdışını təmin etməkdir.
Razılaşmanın həmçinin, tələbələr və mütəxəssislər üçün təhsil, mübadilə proqramlarına töhfə verəcəyi qeyd olunub. Razılaşmaya əsasən, Gürcüstanlı tələbə və tədqiqatçılar üçün təhsil və təcrübə proqramları daha intensiv həyata keçiriləcək.
Nəzrin