"Arayikin limiti tükənib" - POLİTOLOQ
Siyasət
“Azərbaycan hazırda regional prosesləri diktə edir və əsas məqsəd Qarabağ iqtisadi rayonunda olan ermənilərin reinteqrasiyası məsələsidir. Humanitar yüklərin daşınması üçün alternativ marşrut da təqdim olunub. Bu Ağdam - Xankəndi yoludur və marşrutun legitimliyini Avropa İttifaqı, eləcə də Beynəlxalq Qırmızı Xaç Komitəsi təsdiqləyib. Lakin görürük ki, Ermənistan Azərbaycanla sərhədə tırları göndərdi və burada Avropa İttifaqının missiyası, Ermənistanda akkreditasiya olunmuş səfirlər də bu “humanitar şou”nu izləmək üçün Ermənistan tərəfindən sərhədə gəldilər. Lakin proseslərin ardınca separatçılar aktivləşdi”.
Bu sözləri News24.az-a açıqlamasında politoloq İlyas Hüseynov son günlər Qarabağdakı separatçıların və onların havadarlarının "humanitar şou"sundan danışarkən dedi.
Onun sözlərinə görə, Ermənistandan, Qərbdən və Rusiyadan əlini üzən separatçıların “başçı”sı Araik Arutyunyan erməni lobbisinə “Bizi xilas edin” çağırışı ilə müraciət edib.
“Onun blokada, etnik təmizləmə, soyqırım kimi ifadələr yer alan bəyanatı üzə çıxdı. Diqqət çəkən məqam bundan ibarətdir ki, Ermənistana dünya ermənilərinə, ATƏT-in Minsk qrupunun keçmiş üzvlərinə, Rusiyaya, Avropa İttifaqına və Avropa Şurasına bütün instansiyalara müraciətin ayrı-ayrı hissələri ünvanlanıb. Düşünürəm ki, müraciətlər əvəzinə Araik prezident İlham Əliyevin Laçında amnistiya ilə bağlı fikirlərini rəhbər tutmalı idi. Limit tükənməyib, fürsətdən istifadə etmək vaxtıdır. Separatçıların bu davranışları öz vəziyyətlərini, şəraitini daha da ağırlaşdırır. Azərbaycanın bundan sonra tələbləri daha kəskin və sərt olacaq. Ona görə də burada beynəlxalq hüququn fundamental norma və prinsiplərinə söykənən ədalətli mövqeyimiz bütün dünya birliyi tərəfindən qəbul olunmalıdır.Azərbaycan öz Konstitusiyasına və qanunvericiliyinə uyğun olan addımlar atır və mənə elə gəlir ki, beynəlxalq hüquq və beynəlxalq adət normaları da Azərbaycanın mövqeyini möhkəmləndirir. Laçın yolunun açılması ilə bağlı fikirlər əlbəttə ki, Ermənistanın məkrli niyyətlərindən xəbər verir. Hərkəsə məlumdur ki, bu yol vasitəsilə silah, sursat, texnika və minalar, canlı qüvvə Azərbaycan ərazisinə daşınırdı. Bundan sonra bu pozucu niyyətləri reallaşdırmaq mümkün olmayacaq”,- deyə politoloq fikrini yekunlaşdırdı.
Arzu
Bu sözləri News24.az-a açıqlamasında politoloq İlyas Hüseynov son günlər Qarabağdakı separatçıların və onların havadarlarının "humanitar şou"sundan danışarkən dedi.
Onun sözlərinə görə, Ermənistandan, Qərbdən və Rusiyadan əlini üzən separatçıların “başçı”sı Araik Arutyunyan erməni lobbisinə “Bizi xilas edin” çağırışı ilə müraciət edib. “Onun blokada, etnik təmizləmə, soyqırım kimi ifadələr yer alan bəyanatı üzə çıxdı. Diqqət çəkən məqam bundan ibarətdir ki, Ermənistana dünya ermənilərinə, ATƏT-in Minsk qrupunun keçmiş üzvlərinə, Rusiyaya, Avropa İttifaqına və Avropa Şurasına bütün instansiyalara müraciətin ayrı-ayrı hissələri ünvanlanıb. Düşünürəm ki, müraciətlər əvəzinə Araik prezident İlham Əliyevin Laçında amnistiya ilə bağlı fikirlərini rəhbər tutmalı idi. Limit tükənməyib, fürsətdən istifadə etmək vaxtıdır. Separatçıların bu davranışları öz vəziyyətlərini, şəraitini daha da ağırlaşdırır. Azərbaycanın bundan sonra tələbləri daha kəskin və sərt olacaq. Ona görə də burada beynəlxalq hüququn fundamental norma və prinsiplərinə söykənən ədalətli mövqeyimiz bütün dünya birliyi tərəfindən qəbul olunmalıdır.Azərbaycan öz Konstitusiyasına və qanunvericiliyinə uyğun olan addımlar atır və mənə elə gəlir ki, beynəlxalq hüquq və beynəlxalq adət normaları da Azərbaycanın mövqeyini möhkəmləndirir. Laçın yolunun açılması ilə bağlı fikirlər əlbəttə ki, Ermənistanın məkrli niyyətlərindən xəbər verir. Hərkəsə məlumdur ki, bu yol vasitəsilə silah, sursat, texnika və minalar, canlı qüvvə Azərbaycan ərazisinə daşınırdı. Bundan sonra bu pozucu niyyətləri reallaşdırmaq mümkün olmayacaq”,- deyə politoloq fikrini yekunlaşdırdı.
Arzu