"Təbriklər qərəzli dövlətlərə ciddi mesajdır"
Siyasət
"Münxen Təhlükəsizlik Konfransında bir çox ölkə liderlərinin Prezident İlham Əliyevə ünvanladığı təbriklər qərəzli dövlətlərə ciddi mesajdır".
News24.az xəbər verir ki, bunu millət vəkili Bəhruz Məhərrəmov Parlamentin bugünkü iclasında bildirib.
"Bir sıra ölkələrin qərəzli reaksiyasına baxmayaraq, Münxen Təhlükəsizlik Konfransında əksər dövlət liderləri Prezident İlham Əliyevin əlini sıxaraq təbrik etdi. Bu addım Azərbaycandakı seçkilərlə bağlı qərəz nümayiş etdirən ölkələrə ciddi mesajdır. Azərbaycan xalqı da seçkidə nümayiş etdirdi ki, bu quruluş, bu siyasət hələ uzun onilliklərlə davam edəcək. Heydər Əliyev siyasəti ölkəmizi hələ uzun müddət irəli aparacaq".
Fərid Azəri