"İkinci Qarabağ müharibəsi haqqın səsini duyuran savaş idi"
Siyasət
İkinci Qarabağ savaşı sadəcə Azərbaycan, Türkiyə üçün, Cənubi Qafqaz üçün deyil insanlıq və gələcək üçün mühüm bir döyüş idi.
News24.az xəbər verir ki, bunu Türkiyənin terror və təhlükəsizlik üzrə eksperti Abdullah Ağar “Qlobal Sistemlərdə yeni dövr, güc savaşları və Cənubi Qafqaz” mövzusunda keçirilən beynəlxalq paneldə deyib.
O bildirib ki, bu döyüş haqqın necə alınacağını insanlara öyrədilməsi baxımından nümunəvi, vacib bir döyüş idi:
“İkinci Qarabağ müharibəsi də Türkmənçay müqaviləsindən bu yana bölünən Azərbaycanın bölünmə və geri çəkilməyi dayandırdığı müharibədir. Bu ilk addım idi. Bu addımı gələcəyə doğru daha da əmin şəkildə davam etdirmək lazımdır”
Ekspert həmçinin qeyd edib ki, dünyada böyük risklər var:
“Ukrayna, Qəzza müharibəsi və.s. Bu risklərə daxildir. Bu zaman dilimi isə ABŞ-ın İraq və Əfqənistanı işğalı ilə başladı.
Dünya təhlükəsizlik sıxıntısı ilə mücadilə aparır. Bu dərdə bir çarə tapılmalıdır. Belə bir sual yaranır. Gələcəyə və insanlığa bu çarəni kim təqdim edə bilər?
Türkiuə və Azərbaycanın birliyi bu mənada çox önəmlidir”,- deyə A.Ağar qeyd edib.
Mehriban Mirzəzadə