İlham Əliyevdən Əfv Məsələləri Komissiyası ilə bağlı - SƏRƏNCAM
Siyasət
Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının tərkibində dəyişiklik edilib.
News24.az-ın xəbərinə görə, Prezident İlham Əliyev bununla bağlı "Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının yeni tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 19 fevral tarixli 1792 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Sərəncam imzalayıb.
Sərəncamla Komissiyanın üzvləri sıiyahısından Fikrət Məmmədovun adı çıxarılıb.