İstənilən şəxs öz namizədliyini təqdim edə bilər - Siyavuş Novruzov
Siyasət
Bu gün ölkəmizdə seçki keçirilməsi üçün lazımi siyasi mühit və şərait formalaşıb.
News24.az xəbər verir ki, bu fikirlərlə Milli Məclisin bugünkü iclasında millət vəkili Siyavuş Novruzov çıxış edib.
O həmçinin əlavə edib ki, fevralın 7-də keçiriləcək seçkilər azad, şəffaf, ədalətli və demokratik şəkildə təşkil olunacaq.
İstənilən şəxs öz namizədliyini təqdim edib alternativ rəqabət mühitində seçkidə iştirak edə bilər - deyə, deputat fikirlərini yekunlaşdırıb.
Fərid Azəri