Keçmiş nazir Hüseynqulu Bağırov əməliyyat olundu – Cərrahiyyə əməliyyatı xaricdə aparılıb

Keçmiş nazir Hüseynqulu Bağırov əməliyyat olundu – Cərrahiyyə əməliyyatı xaricdə aparılıb Siyasət
Ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov əməliyyat olunub.

Məlumata görə, cərrahiyyə əməliyyatı xarici ölkələrin birində aparılıb.

Qeyd edək ki, keçmiş nazir hal-hazırda Bakıdadır. Sabiq nazir bu gün “Möhtəşəm quruculuq: dünən, bu gün, sabah” mövzusunda Bakıda keçirilən konfransda iştirak edib.

Əldə etdiyimiz məlumata görə, H.Bağırov bundan sonra elmi fəaliyyətlə məşğul olmaq niyyətindədir.