Kəlbəcər və Laçında yerləşən mövqelərimiz atəşə tutulub - MN

Kəlbəcər və Laçında yerləşən mövqelərimiz atəşə tutulub - MN Siyasət
İyulun 30-u günorta saatlarından etibarən Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Kəlbəcər və Laçın rayonları ərazisində yerləşən Azərbaycan Ordusunun mövqelərini müxtəlif çaplı silahlardan intensiv atəşə tutub.

Müdafiə Nazirliyindən News24.az-a verilən məlumata görə, bölmələrimiz tərəfindən görülən adekvat cavab tədbirləri nəticəsində qarşı tərəf susdurulub.