Kliniki Tibbi Mərkəzə avtoqəza ilə bağlı müraciətlərin sayı məlum olub
Siyasət
Bu ilin dekabr ayı üzrə avtoqəza nəticəsində Kliniki Tibbi Mərkəzə 157 müraciət daxil olub.
Bu barədə mərkəzin mətbuat xidmətinin rəhbəri Ruzbeh Məmməd deyib. O bildirib ki, müraciət edənlərin bəziləri ilkin yardım edilərək ambulator müalicə üçün evə buraxılıb, bəziləri isə ağır travma diaqnozu ilə reanimasiyaya yerləşdirilib.
"Bu ilin dekabr ayı ərzində KTM-ə 1 nəfər skuter qəzası nəticəsində müraciət edib", - deyə o, cavabda qeyd edib.