Komissiya Şahramanyandan sonra - Cəlal Arutyunyanı çağıracaq?
Siyasət
Ermənistan parlamenti 44 günlük müharibənin şərtlərini araşdırmaq üzrə yaratdığı komissiyası Cəlal Arutyunyanın dindirilməyə hazır olduğunu bildirib.
News24.az xəbər verir ki, bu barədə müharibənin istintaq komissiyasına rəhbərlik edən Andranik Köçəryan məlumat verib.
Onun sözlərinə görə, 44 günlük müharibə zamanı qondarma rejimin təhlükəsizlik xidmətinin "rəhbəri" olmuş şəxsi dəvət etməyəcəklər. O, komissiyanın da Cəlal Arutyunyanı gözlədiyini vurğulayıb.
Köçəryan Arutyunyanın komissiyanın iclasına gəlməyə hazır olduğunu bildirib. Eyni zamanda əlavə edib ki, ayın 29-da dəvət olunacaq şəxs hər kəsin diqqətini çəkəcək.
Köçəryan onu da bildirib ki, bazar ertəsi komissiyanın daha bir iclası keçiriləcək.
Qumral