Lavrovun Qarabağ "planı" - Hiylə, yoxsa sülhə yardım?.. - Brayza AÇIQLADI

Lavrovun Qarabağ "planı" - Hiylə, yoxsa sülhə yardım?.. - Brayza AÇIQLADI Siyasət

Xəbər verdiyimiz kimi, Rusiyanın Qarabağla bağlı təkliflərinin yer aldığı sənəd mediada tirajlanıb. “Lavrov planı” adlanan sənədi separatçıların nümayəndəsi Tiqran Petrosyan yayıb. 14 maddədən ibarət olan təkliflər layihəsi “Azərbaycan SSR-nin keçmiş Dağlıq Qarabağ Vilayəti ərazisində erməni əhalisinin təhlükəsizliyinin və hüquqlarının Azərbaycan Respublikasının qanunvericliyinə uyğun olaraq təmin edilməsinin əsas prinsipləri və parametrləri” adlanır.

Sözügedən sənədi News24.az-a şərh edən  beynəlxalq ekspert, ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayza bildirdi ki, qeyd olunan detallar illərdir aparılan danışıqlara və təkliflərə uyğundur...

“ATƏT-in Minsk qrupunun amerikalı həmsədri olduğum müddətdə Rusiyanın xarici işlər naziri Sergey Lavrovla qarşılıqlı əlaqələrim olub. O, balanslaşdırılmış və ədalətli təklifi masaya qoymağa çalışır ki, İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanın etnik erməni əhalisinin Azərbaycanda yaşamağa davam edə bilməsini nəzərdə tutan 10 noyabr atəşkəs bəyanatını həyata keçirsin. Amma Azərbaycan vətəndaşları kimi öz hüquqları, mədəni, hüquqi, siyasi müdafiəsi ilə bu yanaşma həm də bizim ATƏT-in həmsədrləri kimi illərdir apardığımız danışıqlara və təkliflərimizə uyğundur.

Biz Azərbaycan ərazisi olan Qarabağda yaşayan etnik erməni əhalisinin bu cür hüquqlarının qorunmasını nəzərdə tuturuq. Əslində mənim ifadə etdiyim fikir 2009-cu ilin yanvarında həmin dövrdə Ermənistan prezidenti olan Serj Sarkisyan tərəfindən qeyri-rəsmi şəkildə razılaşdırılıb. Beləliklə, mənim nöqteyi-nəzərimdən bu bir oyun deyil. Əksinə, Rusiya XİN rəhbərinin yenidən Azərbaycan və Ermənistana sülh müqaviləsinə doğru irəliləməsinə kömək etmək cəhdidir”, - M. Brayza qeyd edib.

Akqabay Mıradov