Kürdəmirdə piyadanı vurub qaçan sürücü saxlanıldı
Siyasət
Yanvarın 23-də saat 2 radələrində Kürdəmir şəhəri ərazisində şəhər sakini C.Məhərrəmovun müəyyən edilməyən avtomobillə vurulması barədə polisə məlumat daxil olub.
Bu barədə News2.az-a DİN-in mətbuat xidmətindən bildirilib.
Qeyd edilib ki, piyadaya xəstəxanada ilkin tibbi yardım göstərilib. Kürdəmir Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsinin “VAZ-21099” markalı avtomobillə törədilməsi müəyyən olunub və həmin nəqliyyat vasitəsinin sürücüsü K.Kərimov saxlanılıb.
Araşdırma aparılır.