Laura Lokman Azərbaycana səfər etdi

Laura Lokman Azərbaycana səfər etdi Siyasət
ABŞ-ın Energetika Resursları Bürosu katibinin köməkçisinin müavini Laura Lokman hökumət rəsmiləri ilə görüşlərdə və “Bakı Enerji Həftəsi” tədbirində iştirak etmək üçün Azərbaycana səfər edib.

News24.az xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyi məlumat yayıb.

Qeyd olunub ki, Energetika Resursları Bürosunun əsas vəzifələrindən biri ABŞ-ın Azərbaycanla və digər ölkələrlə enerji əlaqələrinin gücləndirilməsidir.