Leysan olacaq - XƏBƏRDARLIQ

Leysan olacaq - XƏBƏRDARLIQ Siyasət
Ölkədə hökm sürən qeyri sabit hava bir neçə gün davam edəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə Bakıda və Abşeron yarımadasında noyabrın 22-23-də arabir yağış yağacağı gözlənilir. 
Bəzi yerlərdə yağışın intensiv olacağı ehtimalı var. 
Noyabrın 23-ü axşamdan 24-ü səhərədək şimal-qərb küləyinin arabir güclü olacağı gözlənilir. 
Azərbaycanın rayonlarında qeyri-sabit hava şəraitinin noyabrın 25-dək davam edəcəyi gözlənilir.