İlham Əliyev maldivli həmkarını təbrik etdi

İlham Əliyev maldivli həmkarını təbrik etdi Siyasət
Azərbaycan Prezidenti İlham Əliyev Maldiv Respublikasının Prezidenti İbrahim Məhəmməd Solihə təbrik məktubu ünvanlayıb. 

News24.az xəbər verir ki, təbrik məktubunda deyilir:

"Zati-aliləri cənab İbrahim Məhəmməd Solihə

Hörmətli cənab Prezident,
Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost Maldiv xalqına əmin-amanlıq və tərəqqi diləyirəm.
Hörmətlə,
İlham Əliyev"