Litvanın xarici işlər naziri Şəhidlər xiyabanını ziyarət etdi

Litvanın xarici işlər naziri Şəhidlər xiyabanını ziyarət etdi Siyasət

Azərbaycanda səfərdə olan Litvanın xarici işlər naziri Kestutis Budrisin başçılıq etdiyi nümayəndə heyəti noyabrın 25-də Şəhidlər xiyabanını ziyarət edib.

News24.az xəbər verir ki, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçərək şəhid olan qəhrəman Vətən övladlarının xatirəsinə ehtiram bildirilib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyulub.

“Millətinin gələcəyi uğrunda həyatını itirənlərin xatirəsini ehtiramla yad edirik. Onların fədakarlığı Azərbaycan xalqının dözümlülüyünün və qətiyyətinin əbədi simvolu olaraq qalır”, – Budris "X" hesabında bildirib.

O qeyd edib ki, Azərbaycanın ağrısı və dözümlülüyü Litvada da dərindən əks-səda doğurur. Budris Azərbaycan və Litvanın azadlıq və suverenlik uğrunda mübarizə ilə formalaşmış ortaq tarixə malik olduğunu vurğulayıb.

  • Litvanın xarici işlər naziri Şəhidlər xiyabanını ziyarət etdi

  • Litvanın xarici işlər naziri Şəhidlər xiyabanını ziyarət etdi

  • Litvanın xarici işlər naziri Şəhidlər xiyabanını ziyarət etdi