Mais Bərxudarov Şuşanın Bayraq meydanında Azərbaycan bayrağı qaldırdı - Video

Mais Bərxudarov Şuşanın Bayraq meydanında Azərbaycan bayrağı qaldırdı - Video Siyasət
"General-mayor Mais Bərxudarov Şuşanın Bayraq meydanında üçrəngli bayrağımızı ucaldıb".

News24.az xəbər verir ki, bu barədə Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov özünün rəsmi tvitter səhifəsində paylaşım edib.

"Bu gün Anım Günü ilə bağlı Şuşanın Bayraq meydanında Dövlət Himnimizin sədaları altında general-mayor Mais Bərxudarovla üçrəngli bayrağımızı qaldırdıq. Sonra qəhrəman Azərbaycan əsgərləri Şuşa qalası istiqamətində yürüş etdilər" -deyə vurğulayıb.