Maldiv Prezidenti Azərbaycan dövlət başçısına təbrik ünvanladı

Maldiv Prezidenti Azərbaycan dövlət başçısına təbrik ünvanladı Siyasət
Maldiv Prezidenti İbrahim Məhəmməd Solih Prezident İlham Əliyevə təbrik ünvanlayıb.

News24.az xəbər verir ki, təbrik məktubunda deyilir:

"Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Maldiv hökuməti və xalqı adından, şəxsən öz adımdan Zati-alinizi, Azərbaycan hökumətini və xalqını səmimi-qəlbdən təbrik edir, ən xoş arzularımı çatdırıram.

Zati-alinizə möhkəm cansağlığı və xoşbəxtlik, Azərbaycan xalqına isə davamlı tərəqqi və rifah arzulayıram".